PMD

“PMD Hospitality” şirkətinin nəznində olan hotellər “Yaşıl Marafon” kampaniyası çərçivəsində ağacəkmə aksiyasına qoşuldu.

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Yaşıl Marafon” çərçivəsində “Azerbaijan Hotel Association” dəstəyi ilə Shamakhi Palace Sharadil və Qalaalti Hotel&SPA hotellərinin işçiləri ağacəkmə aksiyasında iştirak etdilər.

Ağacəkmə Şabran rayonunun meşəliyində baş vermis yanğından sonra yaranan boşluqlarda və Ağsu rayonu, Qaradağ kəndinin meşəbəyliyində 2 ha əkin ərazisində baş tutub.

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən genişmiqyaslı ağacəkmə aksiyasında iştirak edib, öz tövhfəmizi verdiyimiz üçün şadıq.

Aksiyanın məqsədi yaşıllıq sahələrinin artırılması, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunmasına kömək olmaqdır.