PMD

PMD Hospitality 7-9 noyabr tarixlərində Londonda keçirilən World Travel Market 2022-də iştirak etdi.

Turizmin pandemiyadan əvvəlki səviyyəyə çatdırmaq məqsədi ilə PMD Hospitality 7-9 noyabr tarixlərində Londonda keçirilən World Travel Market (WTM) 2022-də iştirak etdi.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu ilə birgə əsas məqsədimiz Azərbaycanın təbii və unikal sağlamlıq resursları haqqında məlumatı bölüşmək idi. Biz Azərbaycanın çoxşaxəli məhsul və xidmətlərini, ölkəmizin qonaqpərvərliyini, həmçinin PMD Hospitality tərəfindən idarə olunan hotellərinümayiş etdirdik.

WTM 2022 sərgisində PMD Hospitality nümayəndələri - Çağlar Gönçülər (Baş Kommersiya Direktoru), Fərid Abbasov (Satış və Marketinq Direktoru) və Vəfa Abdullayeva (Satış Meneceri) beynəlxalq turizm şirkətləri, səyahət agentlikləri, səyahət yazarları və mediya ilə görüşlər keçirdilər.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov stendimizə hörmətlə yanaşdı və Azərbaycanın bərpa olunan turizm istiqamətləri ilə bağlı ilhamverici sözlərini bölüşdü.